Azərbaycan - Albaniya

Azərbaycan – Albaniya münasibətləri

 

Qısa tarixi məlumat:

 

Albaniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımış və 23 sentyabr 1993-cü ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Azərbaycan Respublikasının Yunanıstanda və eyni zamanda Albaniyada səfiri Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2017-ci ilin 23 iyun tarixində tutduğu vəzifədən geri çağrılmışdır. Albaniya Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri  (Ankarada fəaliyyət göstərir) – Genti Gazheli.

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

 

Hökumət başçıları:

 

9-10 fevral 2012-ci il – Albaniya Respublikasının Baş naziri Sali Berişanın Azərbaycana rəsmi səfəri.

 

6-8 aprel 2013-cü il - Albaniya Respublikasının Baş naziri Sali Berişanın Azərbaycana işgüzar səfəri.

 

16-17 dekabr 2013-cü il – Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri.

 

10-11 mart 2016-cı il – Albaniya Respublikasının Prezidenti Buyar Nişaninin Azərbaycana işgüzar səfəri.

 

15-18 mart 2017-ci il – Albaniya Respublikasının Prezidenti Buyar Nişaninin işgüzar səfəri.

15-17 mart 2018-ci il – Albaniya Prezidenti İlir Metanın Azərbaycana işgüzar səfəri.

 

Parlament sədrləri:

 

29 iyun 2010-cu il – Albaniya Respublikası Parlamentinin sədri xanım Jozefina Çoba

Topallinin Azərbaycana rəsmi səfəri.

 

17-18 sentyabr 2012-ci il – AR Milli Məclisinin Sədri Oqtay Əsədovun Albaniyaya

rəsmi səfəri.

 

3-7 oktyabr 2012-ci il - AR Milli Məclisinin Sədr müavini Bahar Muradovanın

Albaniyaya işgüzar səfəri.

 

19-22 oktyabr 2014-cü il – Albaniya Respublikası Parlamentinin sədri İlir Metanın Azərbaycana rəsmi səfəri.

 

27 may-1 iyun 2016-cı il – AR Milli Məclisinin Sədrinin birinci müavini Ziyafət Əsgərovun Albaniyaya işgüzar səfəri.

 

Nazirlər:

 

24-26 oktyabr 2002-ci il – AR-nın Xarici işlər naziri Vilayət Quliyevin QDİƏT-in Xarici İşlər Nazirlərinin VII görüşündə iştirak etmək məqsədilə işgüzar səfəri.

 

10-11 mart 2011-ci il - Albaniya Respublikasının Baş nazirin müavini, Xarici işlər naziri Edmond Hacinastonun Azərbaycana rəsmi səfəri.

 

19-20 aprel 2012-ci il – Albaniya Respublikasının Kənd təsərrüfatı, ərzaq və istehlakçıların hüquqlarının qorunması üzrə naziri Genj Rulinin Azərbaycana işgüzar səfəri.

 

28 iyun - 1 iyul 2012-ci il – Albaniya Respublikasının Maliyyə naziri Ridvan Bodenin Azərbaycana işgüzar səfəri.

 

6-7 noyabr 2012-ci il – AR-in İqtisadi inkişaf naziri Şahin Mustafayevin Albaniyaya rəsmi səfəri.

 

6-9 noyabr 2012-ci il – Albaniya Respublikasının İnnovasiyalar, informasiya və kommunikasiyalar texnologiyaları üzrə naziri Genj Polonun Azərbaycana işgüzar səfəri.

 

28-29 noyabr 2012-ci il - AR Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Albaniyaya rəsmi səfəri.

 

27-29 yanvar 2013-cü il – AR-in Gənclər və idman naziri Azad Rəhimovun Albaniyaya rəsmi səfəri.

 

17 iyul 2013-cü il – ARDNŞ-in Prezidenti Rövnəq Abdullayevin Albaniyaya işgüzar səfəri.

 

9 yanvar 2014-cü il - Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyevin Albaniyaya rəsmi səfəri.

 

3-4 iyun 2014-cü il – Albaniyanın Enerji və sənaye naziri Damian Gjiknurinin Azərbaycana işgüzar səfəri.

 

19-21 sentyabr 2014-cü il – Albaniyanın Energetika və sənaye naziri Damian Qjiknurinin “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimində və “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfəri.

24-25 sentyabr 2014-cü il – Albaniyanın Dövlət idarəçiliyi və informasiya naziri xanım Milena Haritonun Azərbaycana işgüzar səfəri.

19 dekabr 2014-cü il - Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin başçılığı ilə xarici işlər nazirinin müavini X.Xələfov, ARDNŞ-nin prezidenti R.Abdullayev, vitse-prezidenti E.Nəsirovdan ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin Albaniyaya rəsmi səfəri öncəsi məsləhətləşmələr aparılması məqsədilə Albaniyaya işgüzar səfəri.

12 fevral 2015-ci il – Albaniyanın Energetika və sənaye naziri Damian Qjiknurinin Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfəri.

29 fevral 2016-cı il – Albaniyanın Energetika və sənaye naziri Damian Qjiknurinin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II toplantısı iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfəri.

 

Parlamentlərarası əlaqələr:

 

Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan tərəfindən qrupun rəhbəri Mirkazım Kazımov, Albaniya tərəfindən isə Edmond Panaritidir.

 

 

Sahələr üzrə əməkdaşlıq:

 

Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlığın enerji sahəsi ən vacib sahələrdən biri hesab olunur. TAP qaz boru kəməri layihəsinin seçilməsi iki ölkə arasında enerji sahəsində əməkdaşlıqla yanaşı iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Albaniya bu ölkənin qazlaşdırılması, qaz infrastrukturunun və qaz bazarlarının inkişaf etdirilməsində ARDNŞ-la əməkdaşlıq edir.

 

İki ölkə arasında 2014-cü ildə Iqtisadi, Sənaye və Texnoloji sahələrdə əməkdaşlıq üzrə İşçi Qrupu təsis edilmişdir.

 

Azərbaycan Respublikası və Albaniya Respublikası arasında ticarət dövriyyəsi

(min ABŞ dolları ilə)

 

 

2012

2013

2014

2015

2016

 

2017

Idxal

46.5

0.2

5.4

6.8

234.1

432.7

İxrac

0

0

0

0

19.4

72.2

Dövriyyə

46.5

0.2

5.4

6.8

253.5

504.9

 

Mənbə: AR Dövlət Statistika Komitəsi

 

İmzalanmış saziş və müqavilələr:

25 oktyabr 2002-ci il, Tirana - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Albaniya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol.

10 mart 2011-ci il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş.

9 fevral 2012-ci il, Bakı - Azərbaycan Respublikasının Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş.

9 fevral 2012-ci il, Bakı - Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum.

29 noyabr 2012-ci il, Tirana – Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş.

28 yanvar 2013-cü il, Tirana - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında 2013-2015-cü illər üçün gənclər və idman sahəsində əməkdaşlıq proqramı.

8 aprel 2013-cü il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş.

19 dekabr 2014-cü il, Tirana - Azərbaycan Respublikası və Albaniya Respublikası arasında Albaniyanın Qazlaşdırılması üzrə Baş Plana dair Anlaşma Memorandumu.

Son yenilənmə tarixi: 28.12.2018