2020-03-16
Yunanıstan ərazisindəki Azərbaycan vətəndaşlarının diqqətinə!

Hörmətli həmvətənlər,

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə, o cümlədən Yunanıstanda sürətlə yayılması müşahidə edilməkdədir. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə, təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır.

Azərbaycan vətəndaşlarının hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılması və hüquqi yardımın göstərilməsi məqsədilə, o cümlədən konsulluq qeydiyyatına alınmaları üçün Səfirliyin qaynar xəttinə (Tel: +30 694 825 90 93, e-mail: athens@mission.mfa.gov.az) müraciət etmələri tövsiyə olunur.

növbəti xəbər əvvəlki xəbər