ΔΙΜΕΡΕΙΣ ΣΧΕΣΕΙΣ

Qısa tarixi məlumat:

Yunanıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulmuşdur. Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 27 may 1993-cü ildən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi 16 aprel 2004-cü ildə təsis edilmişdir. 21 iyul 2004-cü ildə Səfir Mir-Həmzə Əfəndiyev etimadnaməsini Yunanıstan  Respublikasının Prezidenti Konstantinos Stefanopulosa təqdim etmişdir. 22 oktyabr  2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Mir–Həmzə Əfəndiyev vəzifəsindən geri çağırılmış və onun yerinə Rəhman Mustafayev Azərbaycan Respublikasının Yunanıstandakı fövqəladə və  səlahiyyətli səfir vəzifəsinə  təyin edilmişdir. Səfir Rəhman Mustafayev 10 dekabr 2009-cu il tarixində etimadnaməsini Yunanıstan Respublikasının Prezidenti Karolos Papuliasa təqdim etmişdir.

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

 Dövlət başçıları:

 20-22 iyun 2004 - Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulosun Azərbaycana rəsmi səfəri.

 12-16 avqust 2004 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Afinada keçiriləcək XXVIII Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Yunanıstana işgüzar səfəri.

 16-17 fevral 2009 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasına ilk dövlət səfəri.

 5-6 aprel 2011- Yunanıstanın Prezidenti Karolos Papuliasın Azərbaycana dövlət səfəri.

 16-17 iyun 2014 - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yunanıstana dövlət səfəri.

Parlamentlərarası səfərlər:

23-26 yanvar 2007- Yunanıstan-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri Konstantinos Tsiarasın rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri.

 9-11 iyun 2008 - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA) çərçivəsində keçirilən tədbirdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oktay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Yunanıstana işgüzar səfəri.

19-20 iyun 2008 - Azərbaycan Parlamentinin 90 illiyi ilə əlaqədar Yunanıstan Parlamentinin Sədrinin müavini Eleni Papadimitriu Azərbaycana səfər etmişdir.

 5-9 may 2009 - Yunanıstan-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri Konstantinos Tsiarasın rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri.

 1-2 sentyabr 2011 - Yunanıstan Parlamentinin və Avropa Şurasının Hüquqi məsələlər və insan haqları üzrə komissiyasının üzvü Elza Papadmitrionun Azərbaycana səfəri.

 24-27 noyabr 2013 - Azərbaycan-Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Hadi Rəcəblinin rəhbərliyi ilə nümayəndə heyətinin Yunanıstana rəsmi səfəri.

 Nazirlər:

10-11 aprel 1997 - Yunanıstan Respublikasının Xarici işlər naziri Teodoros Panqalosun Azərbaycan Respublikasına rəsmi səfəri.

 5-6 iyul 2006 - Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun Yunanıstana rəsmi səfəri.

 5-6 iyul 2007 - Afinada Azərbaycan-Yunanıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir. İclasda Azərbaycan tərəfini İqtisadi İnkişaf Naziri Heydər Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

 2 avqust 2007 - Yunanıstan Respublikasının inkişaf naziri Dimitris Siufasın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri.

 17 mart 2008 - Yunanıstan Respublikasının İnkişaf naziri Xristos  Foliasın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri.

 1-2 iyul 2009 - Yunanıstan Xarici İşlər naziri Dora Bakoyyaninin ATƏT-in sədri qismində Azərbaycana işgüzar səfəri.

 17-18 sentyabr 2009 - Bakıda keçirilmiş Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə hallar nazirlərinin iclasında Yunanıstanın Fövqəladə Hallar naziri M.Muzas iştirak etmişdir.

 1-2 dekabr 2009 - Afinada keçirilmiş ATƏT-in Xarici İşlər Nazirlərinin 17-ci iclasında iştirak etmək məqsədilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Yunanıstanda işgüzar səfərdə olmuşdur.

 21-23 fevral 2010- Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Yunanıstana rəsmi səfəri.

 28 iyun - 1 iyul 2010 - “2010-cu il Aralıq dənizi Neft və Qaz Konfransı”nda iştirak etmək məqsədilə AR Sənaye və Energetika Naziri Natiq Əliyevin Yunanıstana işgüzar səfəri.

 24-25 fevral 2011 - Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun Yunanıstana ilk rəsmi səfəri.

 12-15 sentyabr 2011 - Beynəlxalq Səhiyyə Təşkilatının Regional Komitəsinin iclasında iştirak etmək üçün Yunanıstanın səhiyyə naziri Andreas Loverdosun Azərbaycana səfəri. Səfər zamanı sahə üzrə ikitərəfli əməkdaşlıq imkanları da müzakirə olunmuşdu.

 24 oktyabr 2011 - Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Yorqos Papakonstantinunun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan işgüzar səfəri.

 10 may 2012 - AR Gənclər və İdman Naziri Azad Rəhimovun Yunanıstana işgüzar səfəri.

 29 -30 aprel 2013 - Yunanıstan Xİ Naziri Dimitris Avromoupoulosun Azərbaycana rəsmi səfəri.

 19 may 2013 - Yunanıstanın Baş Naziri Antonios Samarasın  Azərbaycana işgüzar səfəri.

 10 iyun 2013 - ARDNŞ prezidenti Rövnəq Abdullayevin Yunanıstana işçi səfəri.

 11-13 noyabr 2013 - Saloniki şəhərinin meri Yannis Butarisin Azərbaycana rəsmi səfəri.

 20-21 dekabr 2013 - DESFA-nın 60% səhmlərinin alınması ilə bağlı müvafiq müqavilənin imzalanması məqsədilə ARDNŞ prezidenti Rövnəq Abdullayevin Yunanıstana işgüzar səfəri.

 18 - 19 iyun 2014 - AR Gənclər və İdman naziri Azad Rəhimovun Salonikiyə rəsmi səfəri.

 Parlamentlərarası əlaqələr:

2 dekabr 2000-ci il tarixində Milli Məclisdə Azərbaycan-Yunanıstan Parlamentlərarası Dostluq Qrupu yaradılmışdır.

 Milli Məclisə 7 noyabr 2010-cu ildə keçirilmiş seçkilərdən sonra Azərbaycan- Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun aşağıdakı yeni tərkibdə formalaşmışdır: Hadi Rəcəbli (qrupun rəhbəri), Azər Badamov, Bəxtiyar Əliyev, Nazim Fərəcov, Sevinc Fətəliyevə, Sevinc Hüseynova, Çinqiz Qənizadə, İqbal Məmmədov və Hüseynbala Mirələmov.

 Yunanıstan Parlamentində Azərbaycan-Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun yeni tərkibi 12 noyabr 2012-ci il tarixində aşağıdakı tərkibdə müəyyən edilmişdir:

 Kyriazidis Dimitrios – qrupun rəhbəri, (Yeni Demokratiya partiyası (ND)),

  1. Tamilos Michail – qrupun rəhbərinin müavini (ND),
     
  2. Michalakis  Nikolaos  –  qrupun  katibi  (Radikal  Sol  Partiyalar  Koalisiyas ı (SYRIZA)),
     
  3. Kara Giousouf Aichan – (SYRIZA),
     
  4. Tsoukalis Nikolaos - Demokratik Solçular partiyası (DIMAR),
     
  5. Varemenos Georgios - (SYRIZA),
     
  6. Kontogiannis Georgios - (ND),
     
  7. Avgenakis Eleftherios - (ND),
     
  8. Chatzi Osman Achmet - Ümumyunan sosialist hərəkatı partiyası (PASOK), 10.Tzamtzis İordanis (Danis) - (ND),

11.Papadimoulis Dimitrios - (SYRIZA), 12.Diakaki Maria - (SYRIZA), 13.Alexopoulos Apostolos - (SYRIZA), 14.Antoniou Maria - (ND).

 Yunanıstan tərəfindən olan Parlamentlərarası Dostluq Qrupunun üzvləri 23-26 yanvar 2007-ci il və 5-9 may 2009-cu il tarixlərində Azərbaycana səfər etmişlər.

 Azərbaycan tərəfindən isə Parlamentlərarası Dostluq Qrupunun üzvləri 26-30 iyun 2007-ci il və 24-27 noyabr 2013-cü il tarixlərində Yunanıstana səfər etmişlər.

 Sahələr üzrə əməkdaşlıq:

 Siyasi sahədə:

 XİN-lərarası məsləhətləşmələrin xronologiyası:

 10-11 aprel 1997-ci il - Yunanıstan Respublikasının Xarici işlər naziri Teodoros Panqalosun Azərbaycana rəsmi səfəri.

 10-11 aprel 2003-cü il - Yunanıstan Respublikasının Xarici İşlər Nazirinin birinci müavini Andreas Laverdosun Azərbaycana səfəri.

 18-20 iyun 2004-cü il - Yunanıstan Xarici işlər nazirinin müavini Evangelos Stilianidisin Azərbaycana səfəri.

 12-13 may 2009-cu  il - Yunanıstan Xarici İşlər Nazirinin müavini Miltiadis Varvitsiotisin Azərbaycana səfəri.

 1-2 iyul 2009-cu il- Yunanıstan Xarici İşlər naziri Dora Bakoyyaninin ATƏT-in sədri qismində Azərbaycana işgüzar səfəri.

 1-2       dekabr 2009-cu il - Azərbaycanın  Xarici İşlər naziri Elmar Məmmədyarovun Yunanıstana işgüzar səfəri.

 26 noyabr 2010-cu il - QDİƏT Xarici İşlər Nazirləri Şurasının Salonikdə 23-cü iclası zamanı, Yunanıstan XİN müavini Spiridon Kuvelis və Azərbaycan XİN-in müavini Mahmud Məmməd-Quliyev arasında görüş.

 1-3     fevral 2011-ci il - Yunanıstanın Xarici İşlər Nazirinin müavini Spiridon Kuvelisin Bakıya işgüzar səfəri.

 24-25 fevral 2011-ci il - Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarovun Yunanıstana ilk dəfə rəsmi səfəri.

 6-8 mart 2013-cü il - Yunanıstanın Xarici işlər nazirinin müavini Dimitris Kourkoulasın Bakıya işgüzar səfəri.

 29-30           aprel   2013-cü  il   -   Yunanıstan  XİN   Naziri   Dimitris  Avromoupoulosun Azərbaycana rəsmi səfəri.

 İmzalanmış saziş və müqavilələr:

 

  1. 11 aprel 1997-ci il, Bakı - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol,
     
  2. 11 aprel 1997-ci il, Bakı - Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında səfirliklərin konsulluq şöbələrinin funksiyaları haqqında Saziş,
     
  3. 16 iyun 2014-cü il, Afina - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Azərbaycanın Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum.

İqtisadi sahədə:

Son iki il ərzində Azərbaycan və Yunanıstan arasında iqtisadi əməkdaşlıqda da yeni səhifə açılmışdı. Əsasən, enerji müstəvisində yeni mərhələ, o cümlədən Azərbaycan təbii qazının Yunanıstan ərazisindən keçməklə Avropaya nəql edəcək TAP layihəsinin seçilməsi, Yunanıstanın qaz operatoru DESFA şirkətinin ARDNŞ tərəfindən özəlləşdirilməsi kimi addımlar iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.

 Hər iki tərəf enerji sahəsində yardımçı sahələr, kənd təsərrüfatı məhsullarının istehsalı, qida sənayesi, turizm, inşaat, informasiya texnologiyaları, alternativ enerji mənbələrindən istifadə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

 Azərbaycan-Yunanıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasları 10-11 aprel 2003-cü ildə Bakıda, 5-6 iyul 2007-ci ildə Afinada və 1-3 fevral 2011-ci ildə yenidən Bakıda keçirilmişdir.

 Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsi

(Azərbaycan DSK-nın məlumatına istinadən, mln.$)

İl

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014

İxrac

182,0

115,1

290,8

179,0

255

208,1

849,1

810, 3

255,98

İdxal

5,4

30,8

6,6

5,7

12,0

8,8

15,2

4,78

62,78

Ticarət dövriyyəsi

187,4

145,9

297,4

184,7

267

216,9

864,3

815,08

318,77

 İki ölkə arasında ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan idxal olunan xam neft və təbii qaz təşkil edir. Yunanıstandan Azərbaycana ixrac  məhsulları arasında dərman preparatları, kağız məmulatları, borucuqlar, alüminium profillər, xəz- dəri məhsulları əksəriyyət təşkil edir.

 Azərbaycan ilə Yunanıstan arasında iqtisadi əlaqələr tarixində ən iri layihələr kimi 2013-cü ildə TAP təbii qaz boru kəməri layihəsi üzrə seçimin edilməsini və Yunanıstanın qaz operatoru DESFA şirkətinin 66% səhmlərinin ARDNŞ tərəfindən özəlləşdirilməsini qeyd etmək olar. Enerji sahəsində əməkdaşlıq ikitərəfli iqtisadi əlaqələrin lokomotivi rolunu oynayaraq, digər yuxarıda qeyd olunan  sahələr üzrə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Qeyri-neft sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə rəsmi və özəl şirkətlər səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilir, hər iki ölkədə iqtisadi forumlar, sərgilər və digər növ tədbirlər təşkil olunur.

 2012-ci ildə təsis edilmiş Yunanıstan-Azərbaycan Ticarət Palatası ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına müsbət töhfə verir və hər iki tərəfin iş adamları arasında təmaslarının yaradılmasına geniş imkanlar açır. Həmin ildən etibarən yay fəslində iki ölkə arasında birbaşa hava əlaqələrinin yaradılması qarşılıqlı turist axınına təkan vermişdir.

 2013-cü ilin iyun ayında Saloniki  şəhərində təsis edilmiş Yunanıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Assosiasiyası Yunanıstanın şimal bölgəsində mədəniyyət, elm və biznes sahələrində qarşılıqlı maraqlar əsasında əməkdaşlığa xidmət edir.

 İmzalanmış saziş və müqavilələr:

  1. 26 iyul 1994-cü il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş.
     
  2. 21 iyun 2004-cü il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş.
     
  3. 21 iyun 2004-cü il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş.
     
  4. 21 iyun 2004-cü il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında Saziş.
     
  5. 7 aprel 2005-ci il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş.
     
  6. 2 avqust 2007-ci il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii qaz və neft sahəsində əməkdaşlıq haqqında Memorandum.
     
  7. 16 fevral 2009-cü il, Afina - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və  vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya.
     
  8. 16 fevral 2009-cü il, Afina - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş.
     
  9. 16 fevral 2009-cü il, Afina - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş.

     10. 16 fevral 2009-cü il, Afina - Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikası İnkişaf Nazirliyi arasında bərpa              olunan enerji mənbələri və enerji səmərəliyi sahəsində Anlaşma Memorandumu.

     11. 5 aprel 2011-ci il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair Saziş.

  1.  12. 5 aprel 2011-ci il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş.

 

13. 16 iyun 2014-cü il, Afina - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş.

 Humanitar sahədə:

 Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli əlaqələrdə mədəniyyət sahəsində əməkdaşlıq ən əsas elementlərdən biridir və son dövrlərdə bu sahədə əməkdaşlıq xeyli fəallaşmışdır. Səfirlik tərəfindən Azərbaycan mədəniyyəti və musiqisinin təbliği istiqamətində 2010-2014-cü illərdə caz, klassik, xalq musiqimizdən ibarət 9 konsert təşkil edilmiş və bu mədəniyyət tədbirlərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində böyük rolu olmuşdu.

 Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə 2014-cü ilin 6 iyun tarixində Yunanıstanın əsas konsert zalı olan Megaro Mousikissis zalında Azərbaycan Dövlət Kamera Orkestrinin və 27 sentyabr tarixində dünyanın məşhur 4000 nəfərlik Herodion-Attiki açıq teatrında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti təşkil olunmuşdur.

 Yunanıstanın Akropolis Muzeyində 28 sentyabr tarixində “Bakı Avropa Oyunları –                2015” İlk Avropa Oyunlarına həsr olunmuş təqdimat mərasimi və Azərbaycan caz kompozisiyalarından ibarət fortepianoda qısa musiqi konserti keçirilmişdir.

 Azərbaycanın məşhur yazıçısı Anarın “Beş mərtəbəli binanın altıncı mərtəbəsi” əsəri də Azərbaycan dilindən yunan dilinə tərcümə edilmiş və cari ilin 24 fevral tarixində Azərbaycan ədəbiyyatının yunan dilinə ilk tərcüməsi kimi təqdimatı təşkil olunmuşdur. Bu tərcümə Azərbaycan olacaq və yunan ictimaiyyətinin ədəbiyyatımızla da tanışlığına xidmət edəcəkdir.

 Azərbaycan ədəbiyyəti, mədəniyyəti və tarixinin yunan ictimaiyyətinə aşılanması məqsədilə həmçinin Səfirlik 7-10 may 2015-ci il tarixlərində Saloniki beynəlxalq kitab sərgisində iştirak etmiş, müvafiq nəşrlər müsafirlər arasında paylanmışdır.

İki ölkə arasında elm, təhsil, gənclər və idman sahələrində də ikitərəfli əməkdaşlıq inkişaf edir. Yunanıstanın Təhsil, Dini İşlər, Mədəniyyət və İdman Nazirliyi tərəfindən hər yay Yunan dili və mədəniyyəti üzrə yay təlim kursları keçirilir, bu kurslarda azərbaycanlı tələbələr iştirak edir. 2011-2012-ci illərdə Yunanıstanın Afina Dövlət Universiteti və Bakı Dövlət Universiteti, Azərbaycan Xarici Dillər Universiteti, Bakı Slavyan Universiteti arasında əməkdaşlıq haqqında memorandumlar imzalanmış, eləcə də Saloniki şəhərinin Aristotel Universiteti və Bakı Dövlət Universiteti arasında 2013- cü ildən etibarən əməkdaşlıq qurulmuş və müvafiq layihələr həyata keçirilir. Bundan əlavə Yunanıstan və Azərbaycan arasında Erasmus+ İnternational Mobility layihəsi üzrə 18 universitetin iştirak edir və tələbə mübadiləsi aparılır.

 Son illər ərzində iki ölkənin aparıcı beyin mərkəzləri arasında da əməkdaşlıq əlaqələri qurularaq genişlənir. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırma Mərkəzinin (SAM) nümayəndələri 2014-cü ilin 30 mart - 2 aprel tarixlərində Yunanıstana səfər etmiş və ölkənin elmi araşdırma mərkəzlərində, parlamentdə, Xarici İşlər Nazirliyində görüşlər və elmi konfranslar təşkil etmişdir. Səfər çərçivəsində Yunanıstanın Avropa və Xarici siyasət üzrə Fondu - ELİAMEP ilə SAM arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

 Cari ilin avqust ayında Amerika Kollecinin Diplomatiya və Qlobal Məsələlər üzrə İnstitutunun direktoru Andreas Andrianopoulosun “Foreign Affairs” jurnalının yunandilli buraxılışında “Azərbaycan modeli” başlıqlı ölkəmizlə bağlı müsbət səciyyəli məqaləsi dərc olunmuş və məqalədə Azərbaycanın tarixi, daxili və xarici siyasəti ilə bağlı müsbət məqamlar qeyd edilmişdir. 

 Gənclər və idman siyasəti sahəsində əməkdaşlıq templəri artmaqdadır. Belə ki, AR Gənclər və İdman Nazirliyi və Yunanıstanın Beynəlxalq Olimpiya Akademiyası arasında 2013-cü ilin 16 aprel tarixində imzalanmış anlaşma memorandumu Olimpiya Hərəkatı sahəsində əməkdaşlıq üçün yeni imkanlara yol açmışdı. Artıq 2013-cü ildə 40-50 nəfərə yaxın azərbaycanlı tələbə Akademiyanın yay kurslarında iştirak etmiş, eləcə də bir tələbə Akademiyanın magistr proqramında təhsil alır. Daha 2 tələbə üçün isə Akademiya tərəfindən növbəti akademik təqvim ili üçün magistr pilləsi üzrə təqaüd ayrılmışdır.

 AR Gənclər və İdman Nazirliyinin və Səfirliyin dəstəyi ilə 2013-cü ilin dekabr ayında Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi təsis edilmişdir və Mərkəz iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulması, birgə araşdırma layihələrin keçirilməsində vacib rol oynayır. Mərkəzdə cari ilin əvvəlindən açılmış  Azərbaycan dili kursları fəaliyyət göstərir. Mərkəzin təşkilatçılığı ilə Pirey Texnoloji Təhsil İnstitutunda “Azərbaycanda təhsilin inkişafı” mövzusunda tələbə və müəllimlərlə görüş keçirilmiş, “Yunan Yay Düşərgəsi 2015” tədbirinə 9 nəfər Azərbaycanlı gənclər Yunanıstana dəvət olunmuşlar.

 “Thessaloniki –Avropa Gənclər Paytaxtı 2014” proqramı çərçivəsində AR İdman və Gənclər Nazirliyinin dəstəyi ilə 10-12 aprel 2014-cü il tarixlərində Afina və Saloniki şəhərlərində Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konsert proqramları təqdim edilmişdir. Eyni zamanda, Azərbaycan və Yunanıstan gənclər təşkilatlarının nümayəndələrinin görüşləri baş tutmuş və təmasları yaradılmışdır. Bu tədbirlərin iki ölkənin gəncləri və gənclər təşkilatları arasında əməkdaşlığın inkişafına vacib təkan vermişdi.

 2015-ci ilin 3-28 avqust tarixlərində Yunanıstanın Fessaliya Universitetində “Yunan dili və mədəniyyəti” üzrə yay seminarında iştirak etmək üçün 3 azərbaycanlı tələbə seçilmişdir.

 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 18-30 oktyabr tarixlərində Yunanıstanın Pireya şəhərində keçirilmiş “Dionda Olimpiya” festivalında Bakı Dövlət Universitetindən 7 tələbə iştirak etmişdir.

 Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli əlaqələrdə turizm sahəsindəki əməkdaşlıq da vacib yer tutur. Belə ki, dünyanın əsas turist bölgələrindən biri olan Yunanıstanın təcrübəsindən yararlanmaq istiqamətində birgə fəaliyyət ölkəmizdə artan turizm sektorunun inkişafına fayda verəcəkdir.

 2013 ilin 21-24 noyabr tarixlərində Səfirlik AR Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Yunanıstanda hər il təşkil olunan “Philoxenia” beynəlxalq turizm sərgisində Azərbaycanı təmsil etmiş və yunan ictimaiyyətinə turizm imkanlari haqda məlumat vermişdir. Səfirlik 12-15 noyabr tarixlərində yenidən bu sərgiyə qatılacaqdır. 

 Ötən il YATP-ın dəstəyi ilə Yunanıstanın “Aegean Airlines” avia-şirkəti Bakı-Afina-Bakı birbaşa reysləri də açılmışdır və Yunanıstanın turizm təşkilatı SEPE-nin məlumatına görə, azərbaycanlı turistlərin sayı ötən il 5 min nəfər təşkil etmişdir.

 İmzalanmış saziş və müqavilələr:

  1. 11 aprel 1997-ci il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlıq haqqında Saziş.
  2. 11 aprel 2003-cü il, Bakı - 2002-2005-ci illər üçün Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair Proqram.
  3. 23 fevral 2010-cu il, Afina - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş.
  4. 5 aprel 2011-cü il, Bakı - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında 2011-2012-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair Proqram.
  5.  16 iyun 2014-cü il, Afina - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikasının Təhsil və Dini İşlər Nazirliyi arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş.

 Müqavilə-hüquq bazası:

 Azərbaycan  və  Yunanıstan  hökumətləri  arasında  bu  günədək  21  hüquqi  sənəd imzalanmışdır və hazırda, 7 sənəd baxılmaqdadır.

Αναζήτηση σε αρχείο