Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərinə dair
MƏLUMAT
İkitərəfli münasibətləri səciyyələndirən amillər və xarakteri:
Yunanıstan Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır.
Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə təsis edilmişdir.
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi 16 aprel 2004-cü ildən fəaliyyət göstərir.
Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 27 may 1993-cü ildə fəaliyyətə başlamışdır.
Prezidentlərin qarşılıqlı səfərləri:
- Yunanıstan Respublikasının Prezidenti cənab Konstantinos Stefanopulos 20-22 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28-ci Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə 12-16 avqust 2004-cü il tarixdə Yunanıstan Respublikasına işgüzar səfər etmişdir.
- Yunanıstan Respublikasının Prezidenti cənab Karolos Papulias 5-6 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15-17 iyun 2014-cü il tarixdə Yunanıstan Respublikasına rəsmi səfər etmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin səfərləri:
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15-17 iyun 2014-cü il tarixdə rəsmi səfəri çərçivəsində Yunanıstan Respublikasında səfərdə olmuşdur.
Baş nazirlərin qarşılıqlı səfərləri:
- Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras 19-20 may 2013-cü il tarixdə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
- Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras Cənub Qaz Dəhlizinin təməlatma mərasimində və “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak məqsədilə, 19-20 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
- Yunanıstan Respublikasının Baş naziri Kiriyakos Mitsotakis COP29-da iştirak etmək üçün 13 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasına səfər etmişdir.
Xarici işlər nazirlərinin səfərləri:
Yunanıstan Respublikasının xarici işlər nazirləri qeyd olunan tarixlərdə Azərbaycan Respublikasına səfər etmişdir:
- Theodoros Panqalos, rəsmi səfər, 10-11 aprel 1997
- Dora Bakoyannis (ATƏT-in Sədri qismində), işgüzar səfər, 1-2 iyul 2009
- Dimitris Avramopoulos, rəsmi səfər, 29-30 aprel 2013
- Nikos Kotzias, rəsmi səfər, 02-03 fevral 2016
Azərbaycan Respublikasının xarici işlər naziri qeyd olunan tarixlərdə Yunanıstan Respublikasının səfər etmişdir:
- Elmar Məmmədyarov, işgüzar səfər, 30 noyabr-2 dekabr 2009, (ATƏT Xarici İşlər Nazirlərinin 17-ci iclasında iştirak məqsədilə)
- Elmar Məmmədyarov, rəsmi səfər, 24-25 fevral 2011
Siyasi məsləhətləşmələr:
13 mart 2024-cü il tarixdə Bakı şəhərində Yunanıstan Respublikasının xarici işlər nazirinin müavini Aleksandra Papadopulunun və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayevin başçılıq etdiyi nümayəndə heyətlərinin iştirakı ilə Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilmişdir.
Parlamentlərarası əlaqələr:
AR Milli Məclisində Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupu 8 nəfərdən ibarətdir. Qrupun rəhbəri Bəhruz Məhərrəmovdur.
- AR Milli Məclisinin sədri Oqtay Əsədov QDİƏT-in Parlament Assambleyasının iclasında iştirak məqsədilə, 9-11 iyun 2008-cü il tarixdə Yunanıstan Respublikasına işgüzar səfər etmişdir.
- AR Milli Məclisinin sədri Sahibə Qafarova AŞPA Parlament Sədrlərinin Avropa Konfransında iştirak məqsədilə, 20-22 oktyabr 2021-ci il tarixdə Yunanıstan Respublikasına işgüzar səfər etmişdir.
Müqavilə-hüquq bazası (imzalanmış sənədlərin sayı):
Ötən dövr ərzində Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 24 sənəd imzalanmış, 9 sənəd Yunanıstan tərəfindən baxılmaqdadır.
İqtisadi əməkdaşlıq (əsas istiqamətlər və 2021-2024-cü illər üzrə ticarət dövriyyəsi)
Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri energetika naziri Pərviz Şahbazov, Yunanıstan tərəfindən həmsədr isə xarici işlər nazirinin müavini Konstantinos (Kostas) Fragkogiannisdir.
Ötən dövr ərzində Komissiyanın 5 iclası keçirilmişdir. Sonuncu iclas 13 iyun 2024-cü il tarixdə Afinada baş tutmuşdur.
Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında ticarət dövriyyəsi
(min ABŞ dolları ilə)
İl |
İxrac |
İdxal |
Ticarət dövriyyəsi |
Saldo |
|
|
|
|
|
2024 (yanvar - sentyabr) |
429.569,85 |
45.698,47 |
475.268,32 |
383.871,38 |
2023 |
1.363.448,28 |
32.341,55 |
1.395.789,83 |
1.331.106,73 |
2022 |
1.391.812,2 |
28.372,6 |
1.420.184,7 |
1.363.439,6 |
2021 |
415.415,9 |
20.363,0 |
435.760,9 |
3950,9 |