Pasport

Ümumvətəndaş pasportunun alınması  üçün tələb olunan sənədlərin siyahısı:

  1. Doldurulmuş ərizə-anket forması (yalnız 1.1; 1.2; 1.3; 1.4; 1.5; 1.6; 1.7 və 1.8 saylı suallara tam cavab verərək). Ərizə-anket Azərbaycan dilində və latın əlifbası ilə yazılmalıdır. 
  2. Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi məqsədilə vətəndaşın şəxsən (əl ilə) yazdığı ərizə;
  3. 2 ədəd (donuq-matoviy) rəngli fotoşəkil (35 mm x 45 mm). Başları örpəkli qadınların fotoşəkilləri qəbul olunmur;
  4. Ümumvətəndaş pasportunun əsli
  5. Şəxsin ölkədə daimi və ya müvəqqəti yaşadığını, təhsil aldığını və işlədiyini təsdiq edən müvafiq sənəd; 
  6. Ümumvətəndaş pasportunun 2-ci, 3-cü, 4-cü, uşaqlar varsa, 5-ci və konsulluq qeydiyyatı olan səhifələrinin surətləri;
  7. Əgər pasport itirilmişsə və ya oğurlanmışsa, onda yaşadığınız ölkənin polis idarəsi tərəfindən pasportun itirilməsi va ya oğurlanması barədə arayış təqdim olunmalıdır;
  8. SSRİ nümunəli pasportlara malik olan şəxslər qan qrupunu təsdiq edən tibbi arayışın surəti;
  9. Uşaqların pasporta qeyd olunması üçün tələb olunan sənədlər: a) doğum haqqında şəhadətnamənin surəti; b) 2 rəngli fotoşəkil (35 mm x 45 mm); c) uşaqların pasporta qeyd olunması üçün valideynlərin razılıq ərizəsi (valideynlərin imzaları notarius tərəfindən və ya Səfirlik tərəfindən təsdiq olunmalıdır); d) nigah qeydi pozulmuşsa, Sizin ailə vəziyyətini təsdiq edən sənədlərin (boşanma haqqında şəhadətnamənin, məhkəmə qərarının və s.) surətləri;
  10. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportunun alınması məqsədilə sənədlərin səfirlikdə tərtib edilib göndərilməsinə görə dövlət rüsumu - 55 ABŞ dolları;
  11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən, ümumvətəndaş pasportunun verilməsinə və ya dəyişdirilməsinə görə Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsi (keçmiş OVİR) yanında yerləşən əmanət kassasında 40 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli Bakı şəhəri, Şixəli Qurbanov küçəsi 4-də yerləşən Azərbaycan Respublikası XİN-in Konsulluq İdarəsinə təhvil verilməlidir. Qəbzdə Sizin soyadınız, adınız, ata adınız və yaşadığınız ünvan göstərilməlidir.

Yaxud, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsinin AR Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 AZN ödənilməsi barədə qəbzin əsli (40 AZN ekvivalent olaraq xarici valyuta ilə də ödənilə bilər) Səfirliyə təqdim olunur. Qəbzlərdə pasport alan şəxsin soyadı, adı, atasının adı və yaşadığı ölkənin adı göstərilməlidir.

 Beneficiary Bank

 The International Bank of Azerbaijan

 S.W.I.F.T. Code

 IBAZAZ2X

 Beneficiary

 Treasury Department of Central Governament Organizations (XIN)

 Beneficiary account 

 COR – 328518 – EUR – 3211 – 01

 Additional bank correspondents

 Credit Lyonnais, Paris

EUR 091000122021

 Cociete Generale, Paris

EUR 002012715010

 Commerzbank AG Frankfurt am Main

EUR 400886603001


The International Bank of Azerbaijan Republic.
3 H. Z. Tagiev street, Baku 370005, Azerbaijan;

 

  1. Pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə uyğun olaraq cərimənin ödənilməsi;
  2. 18 yaşına çatmış şəxslərə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
  3. a) 18 yaşına çatmış şəxsin ərizəsi;
  4. b) ərizə-anket forması;
  5. c) 2 ədəd (donuq-matoviy) rəngli fotoşəkil (35 mm x 45 mm). Başları örpəkli qadınların fotoşəkilləri qəbul olunmur;

ç) möhür və imza ilə təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti

  1. d) uşaq valideynlərindən birinin pasportuna yazılıbsa, həmin pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və konsulluq qeydiyyatı olan səhifələrinin surətləri
  2. e) 18 yaşına çatmış uşağın konsulluq qeydiyyatına alınması haqqında səfirliyin blankında möhür və imza ilə təsdiq olunmuş arayış.

Ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyində tərtib edilib göndərilməsinə görə dövlət rüsumu Səfirliyin aşağıdakı bank hesabına köçürülməlidir;

ALPHA BANK

Account number:           107002002005904

IBAN:                            GR12 0140 1070 1070 0200 2005 904

SWIFT CODE (BIC):      CRBAGRAA

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti