“28-ci Milli Enerji Konfransı”nda COP29-un təşəbbüsləri təqdim edilib.
7 noyabr 2024-cü il tarixdə Səfir Arif Məmmədov Cənub-Şərqi Avropa üçün Enerji İnstitutunun (IENE) təşkil etdiyi “28-ci Milli Enerji Konfransı”nda çıxış edib. O, Bakının COP29-a hazırlığı, COP Sədrliyinin təşəbbüsləri və Azərbaycanın yaşıl gündəliyi, o cümlədən Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin qurulması səyləri barədə danışıb.