“Balkanlar və Qara Dəniz Forumunun Səfirlərin 4-cü Görüşü”ndə COP29 sədrliyinin prioritetləri və təşəbbüsləri təqdim edilib.
23 oktyabr 2024-cü il tarixdə Səfir Arif Məmmədov “Balkanlar və Qara Dəniz Forumunun Səfirlərin 4-cü Görüşü”nə ev sahibliyi edib. Görüş zamanı Səfir həmkarlarına Azərbaycanın “yaşıl gündəliyi”, COP29 sədrliyinin prioritetləri və təşəbbüsləri barədə məlumat verib, onları bu işə dəstək verməyə çağırıb.