news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 mart 2020

Yunanıstan ərazisindəki Azərbaycan vətəndaşlarının diqqətinə!

Hörmətli həmvətənlər, Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə, o cümlədən Yunanıstanda sürətlə yayılması müşahidə edilməkdədir. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik: Yunanıstanın dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi (Yunanıstanın Səhiyyə Nazirliyinin internet səhifəsində epidemiya ilə bağlı yerləşdirilmiş məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.moh.gov.gr/articles/health/dieythynsh-dhmosias-ygieinhs/metadotika-kai-mh-metadotika-noshmata/c388-egkyklioi/6652-odhgies-prostasias-apo-anapneystikh-loimwksh-apo-to-neo-koronaio), Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi, Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı təqdirdə təcili tibbi müayinədən keçilməsi üçün Yunanıstanın Səhiyyə Nazirliyi (+30 210-5212054) ilə əlaqə saxlanılması. Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə, təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır. Azərbaycan vətəndaşlarının hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılması və hüquqi yardımın göstərilməsi məqsədilə, o cümlədən konsulluq qeydiyyatına alınmaları üçün Səfirliyin qaynar xəttinə (Tel: +30 694 825 90 93, e-mail: athens@mission.mfa.gov.az) müraciət etmələri tövsiyə olunur.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti