news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 may 2018

Yunanıstandakı səfirliyimiz “QALA” Yunan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 15-ci Saloniki kitab sərgisində Azərbaycan stendini təqdim edib.

Sərgidə Saloniki mərkəzi şəhər və universitet kitabxanalarına ölkəmiz barədə kitablar hədiyyə edilib.

Sərgi çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev ilə Saloniki bələdiyyəsinin sədrinin mədəniyyət məsələləri üzrə müavini Elli Xrisidou arasında görüş keçirilib. Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətinə dair kitablar, həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin ingilis dilində nəşr edilmiş əsərləri Saloniki mərkəzi şəhər kitabxanasına hədiyyə olunub. Bundan əlavə Saloniki şəhərində fəaliyyət göstərən nüfuzlu Aristotel və Makedoniya universitetlərinin rəhbərliyi ilə görüşlər keçirilərək hər iki universitetin kitabxanasına qeyd olunan kitablar bağışlanıb.

Görüşlərdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq və tələbə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti