İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərinə dair

MƏLUMAT

İkitərəfli münasibətləri səciyyələndirən amillər və xarakteri

Yunanıstan Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır.

Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə təsis edilmişdir.

Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi 16 aprel 2004-cü ildən fəaliyyət göstərir.

Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 27 may 1993-cü ildə fəaliyyətə başlamışdır.

Prezidentlərin qarşılıqlı səfərləri

Yunanıstan Respublikasının Prezidenti cənab Konstantinos Stefanopulos 20-22 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28-ci Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə 12-16 avqust 2004-cü il tarixdə Yunanıstan Respublikasına işgüzar səfər etmişdir.

Yunanıstan Respublikasının Prezidenti cənab Karolos Papulias 5-6 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15-17 iyun 2014-cü il tarixdə Yunanıstan Respublikasına Dövlət rəsmi səfəri etmişdir.

AR Vitse-prezidentinin səfərləri

AR-in Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15-17 iyun 2014-cü il tarixdə Dövlət səfəri çərçivəsində Yunanıstan Respublikasında səfərdə olmuşdur.

Baş nazirlərin qarşılıqlı səfərləri

Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras 19-20 may 2013-cü il tarixdə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras Cənub Qaz Dəhlizinin təməlatma mərasimində və “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak məqsədilə, 19-20 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

Xarici işlər nazirlərinin səfərləri

Yunanıstan Respublikasının xarici işlər nazirləri qeyd olunan tarixlərdə Azərbaycan Respublikasına səfər etmişdir:

Theodoros Panqalos

Rəsmi səfər

10-11 aprel 1997

Dora Bakoyannis

İşgüzar səfər

1-2 iyul 2009

(ATƏT-in Sədri qismində)

Dimitris Avramopoulos

Rəsmi səfər

29-30 aprel 2013

Nikos Kotzias

Rəsmi səfər

02-03 fevral 2016

Azərbaycan Respublikasının xarici işlər naziri qeyd olunan tarixlərdə Yunanıstan Respublikasının səfər etmişdir:

E.Məmmədyarov

İşgüzar səfər

30 noyabr-2 dekabr 2009

(ATƏT Xarici İşlər Nazirlərinin 17-ci iclasında iştirak məqsədilə)

E.Məmmədyarov

Rəsmi səfər

24-25 fevral 2011

Parlamentlərarası əlaqələr

AR Milli Məclisində Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupu 10 nəfərdən ibarətdir. Qrupun rəhbəri Bəhruz Məhərrəmovdur.

AR Milli Məclisinin sədri Oqtay Əsədov QDİƏT-in Parlament Assambleyasının iclasında iştirak məqsədilə, 9-11 iyun 2008-cü il tarixdə Yunanıstan Respublikasına işgüzar səfər etmişdir.

AR Milli Məclisinin sədri Sahibə Qafarova AŞPA Parlament Sədrlərinin Avropa Konfransında iştirak məqsədilə, 20-22 oktyabr 2021-ci il tarixdə Yunanıstan Respublikasına işgüzar səfər etmişdir.

Müqavilə-hüquq bazası (imzalanmış sənədlərin sayı)

Ötən dövr ərzində Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 24 sənəd imzalanmış, 9 sənəd Yunanıstan tərəfindən baxılmaqdadır.

İqtisadi əməkdaşlıq (əsas istiqamətlər və 2021-2023-cü illər üzrə ticarət dövriyyəsi)

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri energetika naziri Pərviz Şahbazov, Yunanıstan tərəfindən həmsədr isə xarici işlər nazirinin müavini Konstantinos (Kostas) Fragkogiannisdir.

Ötən dövr ərzində Komissiyanın 4 iclası keçirilmişdir. Sonuncu iclas 26-27 may 2016-cı il tarixdə Afinada baş tutmuşdur.

 

Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında ticarət dövriyyəsi

(min ABŞ dolları ilə)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

Saldo

2023

(yanvar - oktyabr)

1 232 294.5        

19 371.6

1 251 666.0

1 212 922.9

2022

1 391 812.2      

28 372.6

1 420 184.7

1 363 439.6

2021

415 415.9

20 363.0

435 760.9

395 070.9

 

Arxiv üzrə axtarış