Konsulluq qeydiyyatı

Ümumi məlumat

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçota alınması Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” ilə tənzimlənir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir.

Qeyd olunanları nəzərə alaraq, Yunanıstan Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotu Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması ödənişsiz yerinə yetirilir.

Yunanıstan Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması üçün aşağıdakı sənədləri Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyinə təqdim etməlidir:

 

  1. Doldurulmuş “xarici ölkədə daimi və ya müvəqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsi”;
  2. Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
  3. Yunanıstan Respublikaında daimi və ya müqəvvəqi yaşamaq icazəsinə malik olduğunu təsdiq edən sənədin surəti;
  4. 2 ədəd 3,5x4,5 ölçülü rəngli footoşəkil.

Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı onunla birlikdə Yunanıstan Respublikasında daimi və ya müvəqqəti yaşayan 16 yaşına çatmamış uşağı olduqda həmin uşağa dair  aşağıdakı sənədləri Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyinə təqdim etməlidir;

  1. Doğum haqqında şəhadətnamə;
  2. Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu (olduğu halda);
  3. Valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surəti;
  1. 2 ədəd 3,5x4,5 ölçülü rəngli footoşəkili.

 

Arxiv üzrə axtarış