news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 dekabr 2024

“COP29-un nəticələri” Afinada təqdim edilib.

19 dekabr 2024-cü il tarixdə, Səfir Arif Məmmədov Avropa İctimai Hüquq Təşkilatının (EPLO) Dairəvi İqtisadiyyat və İqlim İnstitutunun təşkil etdiyi seminarda COP29-un uğurlu nəticələri barədə çıxış edib. O, auditoriyanı Bakı COP-un nailiyyətləri, o cümlədən 300 milyard dollarlıq yeni əsas maliyyə hədəfi ilə 1,3 trilyon ABŞ dolları dəyərində “Bakı Maliyyə Məqsədi”, karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması, həmçinin İtki və Zərər Fondunun fəaliyyətə başlamasının razılaşdırılması barədə məlumatlandırıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti