Korfu adasına səfər
Səfir Arif Məmmədov 1-2 aprel 2025-ci il tarixlərində Korfuda səfərdə olmuşdur. Səfər zamanı səfir İon Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin tələbələri qarşısında Azərbaycan-Yunanıstan münasibətləri mövzusunda çıxış etmişdir. İon Universitetinin rektoru Andreas Floros ilə görüşdə tərəflər İon Universiteti ilə Azərbaycan universitetləri arasında potensial əməkdaşlığı müzakirə etmişlər. Səfir həmçinin İon Adaları Regionunun qubernatoru İoannis Trepeklis və Mərkəzi Korfu Bələdiyyəsi sədrinin Dayanıqlı turizmin inkişafı və İctimaiyyətlə əlaqələr üzrə müavini Spiros Chalikiopulos ilə görüşmüşdür. Görüşlər zamanı səfir həmsöhbətlərinə Azərbaycan-Yunanıstan əlaqələri barədə məlumat vermiş, tərəflər turizm və şəhər diplomatiyası sahələrində əməkdaşlıq imkanlarını araşdırmışlar.