2020-08-17

Hörmətli Həmvətənlər,

Bildirmək istərdik ki, İstanbul Hava Limanından tranzit keçməklə Azərbaycana geri dönməyi planlaşdıran və pasportlarının etibarlıq müddəti 3 aydan az olan və ya qayıdış şəhadətnaməsi ilə səyahət etmək niyyətində olan şəxslər Türkiyənin qanunvericiliyinə əsasən tranzit bölgədə olduqları hava limanındakı COVID-19 test müayinə mərkəzinə keçə bilməyəcəklər.

Qeyd olunanları nəzərə alaraq, Yunanıstandan Azərbaycana səyahət edən sözügedən şəxslərin Yunanıstanda COVID-19 test müayinəsindən keçmələri tövsiyə olunur.

Arxiv üzrə axtarış